BMT baş katibi Antoniu Quterreş Rusiya və Ukraynanı 4 günlük atəşkəsə çağırıb.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu çağırışın Ukraynada pravoslav xristianların Pasxa bayramını qeyd etməsi ilə əlaqədar olduğu bildirilib.
“Bir sıra humanitar dəhlizlərin açılmasını təmin etmək üçün aprelin 21-dən etibarən dörd gün müddətinə humanitar atəşkəsə çağırıram”, – Baş katib deyib.
Quterreş bildirib ki, Ukraynada Pasxa atəşkəsi olacağı təqdirdə BMT Mariupol, Xerson, Donetsk və Luqanska humanitar konvoylar göndərməyə hazırdır.