!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Quyruqlu uşaq "tanrı" elan olundu - FOTOLAR

!Reklam – Yazi

Hindistanda yaşayan 3 yaşlı uşaq yerli sakinlər tərəfindən “tanrı” elan edilib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Krişna Yadav adlı azyaşlı digər insanlardan quyruğunun olması ilə fərqlənir. Buna görə də kənd camaatı bu qeyri-adi xüsusiyyətə malik uşağa ibadət edirlər. Onun hind mifologiyasındakı “Bajrangbal” tanrısı olduğunu düşünürlər. Kənd əhalisinin tanrı kimi ibadət etdiyi uşaq bir neçə dəfə xəstəxanaya aparılsa da, həmin vaxt xəstələnib. Bu vəziyyət isə yerli əhalidə ona olan inamı daha da artırıb.

Uşağın atası Ramsundar isə bu haldan olduqca məmnundur. O, oğlunun quyruqlu doğulmasını nemət adlandırır və onun “meymun tanrısı” olduğuna inanır.

Qeyd edək ki, Hindistanın müxtəlif yerlərindən yüzlərlə insan Yadavı ziyarət etmək üçün onun yaşadığı kəndə gedirlər.

www.yenicag.az

4170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv