Quyudan meyit tapıldı – Samuxda

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Samux rayonunun Çobanabdallı kəndində dərinliyi təqribən 2 metr olan quyudan 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bu barədə Yenicag.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, müraciətlə əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.