!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Quzu əti yeməkdən bezmişəm" - "Qarabağ"ın Almeydası  

!Reklam – Yazi

“Qarabağ”ın braziliyalı futbolçusu Riçard Almeyda ölkəsinin mətbuatına müsahibə verib.

Yenicag.az xəbər verir ki. milliləşdirilən legioner əvvəlcə yığmamızdakı debütündən söz açıb:

“Şimali İrlandiya ilə oyunda debüt etdim. Azərbaycanda özümü yaxşı hiss edirəm. Çünki həm “Qarabağ”da,  həm də yığmada mənə hörmət edirlər. Burada təkcə maliyyəyə görə yox, mənə və ailəmə göstərilən qayğıya görə xoşbəxtəm. İnsanlar təvazökardılar və əcnəbilərə kömək edirlər. Almaniyaya qarşı oynayanda xəyalım gerçək oldu. Qarşılaşmadan əvvəl uşaqlara dedim ki, biz almanlara 5 dəfə məğlub olmuşuq, Braziliya isə bir oyunda 7 qol buraxıb. Buna görə də biz qalibik. Burada Çempionlar Liqasında oynamaq, “Real”a, “Çelsi”yə qarşı iştirak etmək şansım var idi. Bu isə mənim uşaqlığımdan bəri xəyalını qurduğum arzu idi”.

Almeyda ölkəmizdə üzləşdiyi çətinliklərdən də bəhs edib: “İngilis dilində nə danışa bilirdim, nə də tərcüməçim var idi. Azərbaycanda insanlar başqalarına kömək etməyi sevir, futbolçuların özlərini evlərindəki kimi hiss etməsi üçün çalışırlar. Futbolun dili yoxdur. Meydana çıxmalı və əlindən gələni etməlisən. Sadəcə, burada quzu əti yeməkdən bezmişəm”.

Qeyd edək ki, Riçard Almeyda “Qarabağ”da çıxış etdiyi 5 il müddətində 4 dəfə Azərbaycan çempionu, 3 dəfə isə ölkə kubokunun qalibi olub.

www.yenicag.az

4210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv