Qvardiola ilkə imza atdı

“Mançester City” “Sevilya”ya qalib gələrək UEFA Superkubokuna sahib çıxıb.

Yenicag.az xəbər verir ki, Pep Qvardiola 3 fərqli klubla UEFA Superkuboku qazanan ilk baş məşqçi olub.

İspan mütəxəssis həmçinin “Mançester City” ilə (15 titul) “Barselona”da qazandığından (14 titul) daha çox titul əldə edib.