Xosep Qvardiolanın “Yuventus”a keçəcəyi ilə bağlı xəbərlər doğru deyil.
Yenicag.az xəbər verir ki, bunu “Mançester Siti”nin İdarə Heyətinin üzvü Alberto Qalassi deyib.
O, bu xəbərdən təəccübləndiyini vurğulayıb: “Qvardiola bizim baş məşqçimizdir və komandada qalmaq istəyir. Yazılanlar yalandır”.
Qeyd edək ki, Qvardiolanın İngiltərə təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.