!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qvatemalada təbii fəlakət nəticəsində 73 nəfər həlak olub

!Reklam – Yazi
b21a1827ffa1f21d71b55e0b5257adc1Qvatemalanın Santa-Katarina qəsəbəsində baş vermiş yer sürüşməsi nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb, 400-dən çox insan itkin düşmüş hesab olunur.

APA-nın verdiyi xəbərə görə, bu barədə ölkənin baş prokurorluğunun məlumatında bildirilir. Məlumata görə, yer sürüşməsi qəsəbənin “Kabray-2” rayonunu tamamilə dağıdıb. Təbii fəlakətə səbəb intensiv leysan yağışları olub.

Ölənlər arasında 17 uşağın olduğu bildirilir, müxtəlif xəsarətlər almış 26 nəfər xəstəxanalara yerləşdirilib. Ölənlərin sayının artacağı istisna olunmur.

İtkin düşmüş şəxslərin axtarışına 1800 nəfər cəlb olunub. Məlumata görə, təbii fəlakət nəticəsində 125 ev 15 metrlik torpaq qatının altında qalıb.

www.yenicag.az

458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv