Ötən il noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş “Real MTK” və “Sahil-D Kompani” MMC tikinti şirkətlərinin əsas payçısı İlham Qasımovun terror şəbəkəsi FETÖ ilə əlaqələri sübut olunub.
7news.az xəbər verir ki, biznesini genişləndirmək üçün müxtəlif cinayətlərə əl atan İlham Qasımovun “toxunulmaz” qalması üçün FETÖ-nun himayəsini qəbul etdiyi bildirilir. Ölkənin tikinti sektorunda baş alıb gedən qanunsuzluqlarda xüsusi payı olan, çoxsaylı yerli və xarici vətəndaşlara qarşı inanılmaz fırıldaqlara əl atan Qasımov üçün nəhayət, “məşhər günü” yetişdi. Aramsız şikayətlərdən sonra həbs edilən və aparılan istintaq zamanı cinayətləri sübut olunan başabəla iş adamı 15 il müddətinə azadlıqdan məhrum edildi. Ləğv edilmiş MTN-in sabiq rəhbəri Eldar Mahmudovla əlaqələrinə güvənərək, vətəndaşlara qan udduran Qasımov həbsxanadan göndərdiyi xəbərlərlə ana-bacısını ortaya çıxararaq, özündən mələk obrazı yaratmağa çalışır. Bayırdakı adamları, xüsusilə də “Sahil-D Kompani” MMC şirkətinə digər ortaqlarını aldadaraq, saxta direktor təyin etdiyi Ədilağa Hüseynov vasitəsilə bəzi media orqanlarına çıxış imkanı qazanan “maqnat” həbsxana həyatını ən qısa vaxtda sona çatdırmaq üçün çapalamaqdadır. Bunun üçün əlaltıları İlham Qasımovun bacısını və Beyləqanda kənddə itib-batmış və İlham Qasımovun heç yadına düşməyən anasını belə “Hacıxanım” adlandıraraq, ölkə başçısına saxta müraciətlər ünvanlamaq, müxtəlif media orqanlarında özlərini yazıq göstərərək, İlham Qasımova qarşı guya ki “ədalətsizlik edilib” kimi fikirləri səsləndirməkdədirlər. Ana, bacı, qadın, həyat yoldaşı qədri bilməyən, ailə və evliliyin mahiyyətini anlamayan, ömrünü Azərbaycanda, Ukraynada və Türkiyədə əxlaqsızlıqla, qumar oyunları, kokain və digər narkotik vasitələr istifadəsiylə keçirən bir oğula görə nə bacı, nə də ana əslində, durub media qarşısına çıxmaz. Bacı bəlkə edər, çünki yazıq bacının savadsız bir oğlu var ki, küçələrdə qalıb, iş tapa bilmir və haramxor dayısının şirkətində nəsə bir iş sahibi idi. Doğrudur, dayısı həbsə atıldıqdan bir müddət sonra həmin bacıoğlu Kənan maaş ala bilmədiyinə görə şirkətdən uzaqlaşmış, amma sonra yazıq anası öz qardaşından xahiş edərək, Kənanı yenidən şirkətə qaytartmış və Sahil-D Kompani MMC-yə məxsus binalarda qeyri-qanuni olaraq aylıq kommunal ödənişləri toplamağa göndərilmişdir. Doğrudur, binalarda yaşayan və təmir işləri gördürən mənzil sahiblərindən toplanan bu ödənişlərin dövlət büdcəsinə deyil, İlham Qasımovun qohumlarının cibinə və binalara müxtəlif təhlükəsizlik, mühafizə şirkətlərdən qoçular cəlb etməyə sərf edilir, amma bu hələ başqa bir qeyri-qanuni məsələdir. İndi İlham Qasımovun qohumları, vəkilləri və əsas icraçısı Ədilağa Hüseynov anlamalıdırlar ki, saxta yollarla səs-küy qaldırıb, nəyəsə nail olmaq qeyri-mümkündür. Kimlərin haqqını tapdalayıblarsa geri verməlidirlər, kimlərə nə qədər maddi və mənəvi zərər vurublarsa, hamısını ödəməlidirlər. Əslində, İlham Qasımov tərəfindən aldadılmışların sayı arta-arta gedir. Çünki İlham Qasımov və onun başbiləni Ədilağa Hüseynov Bakı şəhərinin meri Hacıbala Abutalıbova, onun müavinlərinə, Baş prokuror yanında Korrupsiya İdarəsinin rəisi Kamran Əliyevə, həmin idarənin əməkdaşları Rəşad Mənsurov və başqalarına, Binəqədi rayon məhkəməsi hakimlərinə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevə, Apelyasiya məhkəməsinin hakimi Sahibxan Mirzəyevə, şair Gülağa Qənbərova, Baş Prokurorluğun məsul işçisi Müqəddəs Sultanova və ən əsası onu dəfələrlə problemlərdən qurtarmış türkiyəli Mərcanlar ailəsinə və başqalarına şər, böhtan atarkən özlərinin niyyətlərinə nail olacaqlarını düşünürdülər. Mərcanlar ailəsinin Azərbaycanda öz hüquqlarını qorumaq istəməsi və nəticə etibarı ilə də Azərbaycan rəhbərliyində yer tutan bir sıra məmurlarla, yəni ki nazirlərlə görüşməsi də İlham Qasımov və onun havadarlarına xoş gəlməmişdir. Amma görünür İlham Qasımov öz keçmişini unudur və Mərcanlar ailəsi olmasaydı onun artıq bir neçə il bundan əvvəl həbsə atılacağını və üzərinə milyonlarla vergidən yayılma cəriməsi qoyulacağını unutmuşdur. Keçmiş günlərini yadına salsın, Türkiyənin Bakıdakı səfirliyində dizi üstə çöküb yalvaran, ölkədən çıxmasına qadağa qoyulan Qasımov unutmasın ki, o, rəsmi və qeyri-rəsmi qadınlarının paltarlarını belə Mərcanlara “atdığı” pullarla almışdır. Mərcanların pullarını kazinolarda qumara, müxtəlif növ narkotik vasitələrə sərf etdiyi günlərdir ki, bu gün onun burnundan gətirilir. O, hər kəsə atdığı şəri, necə ki məsələn, Gülağa Tənhanı və ya Müqəddəs Sultanovu Eldar Mahmudovla bağlayır, öz işbazları vasitəsi ilə media orqanlarına yalan deyərərək, eləcə də böyük ehtimalla bir gün Mərcanlara qarşı da başqa bir oyun oynayacaqdır. Amma o keçmiş günlərinə nəzər salsa yaxşı anlayar ki, Mərcanlar istədiyi halda İlham Qasımov bircə günün içərisində azad edilə və ya onun 15 ili uzadıla bilər. Çünki Türkiyədə böyük nüfuza malik olan bu ailə həm Türkiyə, həm də Azərbaycan rəhbərliyinə çox yaxındır. Onlara atılacaq istənilən böhtan da demək ki, məhz bu iki rəhbərliyə qarşı yönəlmiş iftiradır. İlham Qasımov hətta öz dələduz vəkillərinə tapşırıb ki, onlar bəzi yerlərdə rüşvətlə edə bildikləri kimi Sahil-D binalarında da artıq yaşamaqda olan bir neçə sakini də ələ alsınlar. Və həmin sakinlər Qasımovun xeyrinə digər sakinlər arasında lobbiçilik etsinlər. Çünki İlham Qasımov yaxşı bilir ki, Sahil-D binaları sakinləri ondan çox narazıdırlar və əgər onların da narazılığı bu günlərdə artsa bu, həqiqətən də onun sonu olacaqdır. Bütün bunların qarşısını almaq üçün İlham Qasımovun vəkili sakinlərdən biri ilə bu yaxınlarda görüşmüş və həmin insana bir neçə təlimat da vermişdir. Həmin sakin isə İlham Qasımovun təbliğatını aparmağa başlamış və bundan əlavə insanlar toplaşaraq, öz aralarında apardıqları müzakirələri vaxtaşırı İlham Qasımovun vəkillərinə çatdırmaqdadır. Binalara bir neçə şəkil çəkmək və bəzi sakinlərlə danışmaq üçün daxil olmaq istədikdə Qasımovun quldurları üzərimizə şığıyaraq, bizi yaxına buraxmadılar. Əminliklə deyə bilərik ki, hətta jurnalist olduğumuzu desəydik, bəlkə də bizi döymüşdülər də. Doğrudur, “meşə çaqqalsız olmaz” deyib atalarımız, amma digər sakinlərə məsləhət görərdik ki, içlərindəki saxtakarı tanısınlar. Bizə edilmiş maneələrə baxmayaraq bir neçə mənzilində təmir aparan və ya binaya öz mənzilinə qapı qoymağa gəlmiş insanla küçədə bir az söhbətləşdik. Onlardan biri İlham Qasımovun başbiləni Ədilağa Hüseynova bu yaxınlarda 1200 manat pul verərək evinə buraxılmağa “icazə” almış, digərisi hal-hazırda binada yaşayan və üçüncüsü isə üç ildən sonra öz mənzilini bu dələduzların əlindən qurtarmağı bacarıb, təmirini edən şəxs idi. Gördüyünüz kimi icazə sözünü biz dırnaq arasında yazdıq, çünki əslində, bu icazə adlandırılan pul və onun qarşılığında mənzil sahiblərinə verilən təmir müqaviləsi adlı sənəd uydurma bir sənəddir ki, mənzil sahiblərini bununla da binalardan uzaq tutub, onların mənzillərini başqa insanlara satmaq mümkün olsun. Necə ki, Əli Mərcanın haqqı olan mənzilləri bir neçə şəxsə satmışdılar. İlham Qasımov və ətrafının dediklərindən xüsusi diqqətə çatdırılası məqamın biri də onun özünün və qohumlarının kənarda “dayımızın arxasında filan nazir durub” deməsi belə yüksək insanlara qarşı şər və böhtandan başqa bir şey deyildir. Amma bütün bunların hamısına ölkə başçısı bu günlərdəki müşavirəsində son qoydu və İlham Qasımovun adını dələduz tikinti şirkətləri rəhbərləri sırasında çəkərək, belə insanların uzun müddətə cəzalandırılması və onların incitdiyi insanlara yardımın gərəkdiyini bildirdi. Lakin bu zamana qədər öz qanunazidd əməllərini davam etdirmək üçün azadlığa can atan Qasımovun cinayət dosyesinə yeni detallar əlavə olunmaqdadır.
Əldə edilən məlumatlara görə, Qasımov bayırdakı cinayətkar fəaliyyətində sabiq MTN şefi Mahmudova, onun oğlu Anarla münasibətlərə güvəndiyi qədər, həm də terrorçu FETÖ ilə əlaqələrinə arxayın olub. Bildirilir ki, bir tərəfdən Mahmudovun, digər tərəfdənsə FETÖ-nun himayəsinə sığınan Qasımov öz meydanını genişləndirmək üçün əl atmadığı cinayət qalmayıb. FETÖ-nun himayəsinin qarşılığında indiki Türkiyə hökuməti ilə yaxınlığı olan şirkətlərin fəaliyyətinə Azərbaycanda süni əngəllər yaratmaq missiyasını da məhz Qasımov öz üzərinə götürüb. Qasımovun Sahib İbrahimovla birləşərək, türkiyəli iş adamı, “Mərcansoy” Şirkətlər qrupunun sahibi Mövlanə Əli Mərcana “cəhənnəm”i bu dünyada göstərdiyini xatırlatmaq mənzərəyə tam aydınlıq gətirir. Təbii ki, bu cinayətkar fəaliyyət Qasımova və onun ailə üzvlərinə böyük zənginlik qazandırıb.
Məsələn, Qasımovun anası, Beyləqanda kənddə bir daxmada yaşayan Cəfərova Gözəl Məhəmməd qızı “Mil Düzü” MMC-də 100%, “Almaz-94” müstəqil kiçik müəssisəsində 55% paya sahibdir. Qasımovun ikinci həyat yoldaşı olan Kəmalə Qasımova (Abbasova) da böyük varidatın sahibidir. Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, döngə 1, 9 saylı yaşayış evi, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 1405 saylı bağ evi, Səbail rayonu, Salyan şosesi, 32 saylı torpaq sahəsi, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 12 ünvanında yerləşən qeyri – yaşayış binası, 90 UB 110 dövlət nömrə nişanlı “VAZ – 2124” markalı avtomobil, 10 MB – 499 dövlət nömrə nişanlı M – 21 Volqa markalı avtomobil, 90 FS – 894 dövlət nömrə nişanlı “Catby Cabrio” markalı avtomobil, 90 KS 896 dövlət nömrə nişanlı “Panter Kalista” markalı avtomobilin sahibidir. İş adamının qızı Asiman Abdiyeva da öz sərvəti ilə öyünə bilər: Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 774 v saylı bağ evinin, 10 GB 010 dövlət nömrə nişanlı, “İnfiniti QX 56” markalı avtomobilin, 90 SP 094 dövlət nömrə nişanlı “Hyundai Sonata” avtomobilinin, 90 KS 895 dövlət nömrə nişanlı “Opel Speedster” avtomobili və s. Elə məhz Asiman Abdiyevanın həyat yoldaşı olan İlkin və İlham Qasımovun digər bacısı oğlu Sahil hal-hazırda Sahil-D Kompani MMC-yə məxsus 4 binada bir vaxtlar İlham Qasımovun insanları aldadaraq, əlavə pul istədiyi və ya “bu mənzilin sahibi var”, dediyi mənzilləri satmaqdadırlar. Xatırladaq ki, həmin mənzillər əslində, İlham Qasımovun öz qohumları və əlaltılarının adına qeyri-qanuni olaraq rəsmiləşdirilmişdi və digər tərəfdən də paralel olaraq, bir neçə dəfə satışa çıxarılırdı. Daha sonra hər hansı bir problem yarandıqda isə İlham Qasımov həmin öz qohumları və əlaltılarını ortaya çıxararaq, mənzillərinə buraxılmayan sakinlərə, yəni ikinci və ya üçüncü pul ödəmiş şəxslərə, “mənzilin sahibi sən deyilsən; öz əlaltısını göstərərək “bu insandı mənzilin sahibi, çünki o, səndən əvvəl alıb” deməsi də Qasımovun necə “səriştəli” bir dələduz olduğuna dəlalət edir. Bundan başqa Qasımovun oğlanlarının adına da çoxlu sayda var-dövlət, birinci həyat yoldaşının adına külli- miqdarda qiymətləndirilən obyektlər mövcuddur.
Bəllidir ki, Qasımovun var-dövləti bir tək Azərbaycanla yekunlaşmır və xaricdə də əmlakı vardır. Qeyd olunduğu kimi, FETÖ-çu iş adamı həbsxanada olsa da, onun azadlıqdakı cinayətkar şəbəkəsi öz qanunsuz əməllərini davam etdirməkdədir. Məlumatlara görə, Qasımova bağlı çete hələ də mənzil satışı ilə bağlı vətəndaşları aldatmaqla məşğuldur. Bu cinayətkar şəbəkə vətəndaşları pullarını ödədikləri mənzillərə buraxmamaqla yanaşı, eyni mənzili bir neçə şəxsə satmaq praktikasını bir qədər də “təkmilləşdiriblər”. O baxımdan, bu günlərdə Prezident Administrasiyası tərəfindən vətəndaşların ən çox narazı qaldıqları tikinti şirkətlərinin sahiblərinin adları açıqlandıqda, onların arasında İlham Qasımovun adının da ön sırada yer alması təəccüblü deyildi. Bir vaxtlar Azərbaycanda ağalıq etməyə çalışan mahmudovçularla işbirliyi, digər tərəfdən də FETÖ terror təşkilatı ilə bir araya gəlməsi də əslində, təəccüblü deyil. Çünki məhz elə bu iki qüvvəni də Bakıda bir araya gətirən İlham Qasımov olmuşdur və onlara əslində, özünün belə olmayan bir xeyli yaşayış və qeyri-yaşayış obyektləri hədiyyə edərək, öz mövqeyini gücləndirmək istəmişdir. Bu arada həm bir çox Azərbaycan vətəndaşları, həm də Türkiyə hakimiyyətinə yaxın Mərcan ailəsinin haqqını yemişdir. Əslən Türkiyədən olan Mehmet Şimşək adlı nurçu bir şəxslə birlikdə Mərcan ailəsinə milyonlarla pul “atmışdır”. Amma sonralar Qasımov daha “cəld” tərpənərək, məhz elə həmin Şimşəyə də “atmışdır” ki, bu insanın öz şərikləriylə necə davranması məhz buradan bəllidir. Hal-hazırda İlham Qasımovun doğma bacısı oğlu Kənanın əyləşdiyi və Sahil-D Kompani MMC-yə məxsus 4 binada mənzilləri olan sakinlərə qarşı əsas ajiotajların edildiyi böyük bir ofisin və eyni zamanda həmin binaların tam qarşısındakı hündür tikintinin əslində, kimə məxsus olduğu hamıya bəllidir. Düşünmək olar ki, köhnə mahmudovçular hara və FETÖ hara? Amma Eldar Mahmudov hər dəfə Türkiyəyə gedəndə onun SOCAR-ın Türkiyədəki ofisinin rəhbəri və əsas FETÖ nümayəndəsi Samir Kərimov tərəfindən qarşılanması və ona müvafiq məlumatların verilməsi bizlərə məlumdur. O Samir Kərimov ki, Azərbaycanın vətənə xidmət edən layiqli övladlarını SOCAR-ın Türkiyə ofisindən uzaqlaşdırmış və onların yerinə Elçin İbadov və başqaları kimi öz kiçik abilərindən gətirmişdir. Bir sözlə, hal-hazırda görünən budur ki, özü həbsxanada olsa da, əlləri istənilən məsafəyə “uzanan” Qasımov bu gün də gizli çevrələrin açıq himayəsi altındadır.
Bu yerdə “Daha nə qədər” sualı çox yerinə düşür. \7news.az