Rabitə nazirinə yeni köməkçi təyin edilib

1e8a128b9f2d704b55f9b390c8dd106fRabitə və yüksək texnologiyalar nazirinə yeni köməkçi təyin edilib.

“APA-Economics”in əldə etdiyi xəbərə görə, bu vəzifəyə Emin Tahir oğlu Məmmədov gətirilib.
Qeyd edək ki, E. Məmmədov 2010-2016-cı illərdə Heydər Əliyev Fondunun Humanitar proqramlar departamentinin Təhsil, gənclər və idman şöbəsində aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb.

Xatırladaq ki, E. Məmmədovdan öncə bu vəzifəni Ehtiram Kərimov tutub.