!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rabitə Nazirliyində axtarış aparıldı – yoxlamalar başladı

!Reklam – Yazi

238429Əli Abbasov prezidentin sərəncamı ilə nazir vəzifəsindən azad ediləndən dərhal sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar başlayıb. Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrdən bildiriblər.

Verilən ilkin informasiyaya görə, hakim elitada kifayət qədər güclü dayaqlara malik olan Əli Abbasovun vəzifədən azad olunması MTN-in sabiq rəhbəri Eldar Mahmudovun işi ilə birbaşa bağlıdır. Bunu RYTN-in birbaşa telefon əlaqəsinə cavabdeh olan yüksək rütbəli əməkdaşlarının az qala kütləvi şəkildə həbsi də dolayısı ilə təsdiqləyir. Nazirliyin indiyədək 10 belə məmuru həbs olunub. Görünür, həbslər hələ davam edəcək.

Nazirliyin keçmiş rəhbərliyinin başı üzərində də qara buludlar dolaşır. Bundan başqa, istintaq orqanları MTN-lə RYTN arasında kommunikasiya sahəsindəki qarşılıqlı münasibətlərin hansı səviyyədə olmasını araşdırmağaa başlayıblar. Digər tərəfdən, Müdafiə Nazirliyinin kommunikasiya sahəsindəki təhlükəsizliyin gücləndirildiyi müşahidə olunur.

Belə görünür ki, informasiya təhlükəsizliyi sahəsində ciddi çatışmazlıq və nöqsanlar, aşkar iflas halları aşkarlanıb. İnformasiya təhlükəsizliyinin təmin olunmasında isə RYTN MTN-dən heç də az rol oynamır, bəlkə də hətta artıq rol oynayır.

Bu baxımdan Əli Abbasovun özünün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqləri tərəfindən bir neçə ərzində dindirilməsi heç də təsadüfi deyil. Belə ki, MTN-in həbs edilən yüksək rütbəli əməkdaaşlarının istintaqı da Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılır.

Dünən bir çox KİV-lərdə Əli Abbasovun mənzilində axtarış aparılması barədə də məlumatlar yaymışdı.

Hüquq-mühafizə orqanlarındakı mənbələr virtualaz.org saytının müxbiri ilə söhbətində bu informasiyanı da təqsdiqləyib.

Etibarlı mənbələrdən virtualaz.org saytına o da məlum olub ki, DİN, Baş Prokurorluq, MTN və Vergilər Nazirliyinin əməkdaşlarından ibarət xüsusi istintaq qrupu sabahdan etibarən Rabitə Nazirliyində hərtərəfli yoxlamalara başlayacaq. Nazirliyin maliyyə-təsərrüfat kompleksi, habelə informasiya təhlükəsizliyi və telefon kommunikasiyası sferasındakı vəziyyət yoxlanacaq.

Digər informasiyaya görə, ölkənin hüquq-mühafizə orqanları bu gün MTN və RYTN-in məmurlarının kütləvi həbsləri ilə bağlı birgə bəyanaatla çıxış edəcəyi gözlənilir.

Yenicag.az

www.yenicag.az

429
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv