Əli İzzət oğlu Abdullayev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri vəzifəsinə təyin olunub.
Ə.Abdullayev 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.
Ə.Abdullayev 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.
Heydər Əliyev Fondunda hüquq məsələləri üzrə ekspert kimi fəaliyyət göstərib.
Ailəlidir, 3 övladı var. /7news.az