!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin korrupsiya dağarcığı – İddialar

!Reklam – Yazi

1447850614_img1941369“Aztelekom” İB-nin korrupsiya şəbəkəsinin rəhbəri bu quruma baş direktor gətirilməsi ilə bağlı söhbətlər dolaşır

Hazırda həbsdə olan Vidadi Zeynalovun və Məhəmməd Məmmədovun korrupsiya ortaqları olan Ağamirzə Ağamirzəyev haqqında şok iddialar….

“Aztelekom” İB-nin tabeliyində fəaliyyət göstərən Kabel Magistralları Texniki Qovşağı (KMTQ) Rabitə və Yüksək Texnologiyalar Nazirliyində əsas korrupsiya yuvası olub və olmaqda davam edir. Həbsdən yayınmağı başaran KMTQ-nın rəisi Ağamirzə Ağamirzəyev isə təhlükənin ondan sovuşduğunu düşünərək və həbs təhlükəsindən tam olaraq sığortalanmaq məqsədi ilə “Aztelekom” İB-yə sədr gəlmək istəyir.

Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki etibarlı mənbədən AzMedia.info saytına daxil olan məlumata görə Kabel Magistralları Texniki Qovşağı sözün əsl mənasında uzun illər boyu korrupsiya bataqlığında üzüb və hazırda da üzməkdə davam edir. Mənbə uzun illər boyu bu idarəyə rəhbərlik edən Ağamirzə Ağamirzəyevin nazirlikdə çalışan ən böyük korrupsioner olduğunu və korrupsiya fəaliyyətləri ilə özünə fantastik sərvət topladığını deyir.

Qeyd edək ki, keçmiş rabitə naziri Nadir Əhmədovun kadrı olan Ağamirzə Ağamirzəyev öz postunu məhz korrupsiya vasitəsi ilə əldə etdiyi milyonların sayəsində qoryua bilib. Qeyri-rəsmi milyoner məmur olaraq tanınan Ağamirzə Ağamirzəyev rabitə sahəsində çalışan bütün yüksək çinli məmurlarla çox asan “anlaşa” bildiyi qeyd olunur. Hazırda həbsdə olan RTYN-nin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun və “Aztelekom”İB-nin baş direktoru Məhəmməd Məmmədovun korrupsiya ortağı olan Ağamirzə Ağamirzəyevin həbs təhlükəsini ötüşdürərək yeni iddaya düşdüyü bildirilir.

Məlumata görə KMTQ rəisi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni rəhbərliyi ilə danışıqlar apararaq “Aztelekom”İB-nin baş direktoru olmaq istəyir. Uzun illər rabitə sahəsində işləməsi və hakimiyyət daxilindəki “Şəki” qruplaşmasının üzvlərindən biri olan Ağamirzə Ağamirzəyevin bu vəzifəyə təyinat alması isə inandırıcı görünür. Xatırladaq ki, əslən Şəki rayonundan olan Ağamirzə Ağamirzəyevin idarəsi RYTN-nin qurumları içərisində ən qazanclı qurum olub. Ağamirzə Ağamirzəyevin “Aztelekom”İB-nin sabiq baş direktoru Məhəmməd Məmmədovla və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla uzun illərdən bəri həyata keçirtdiyi çoxsaylı korrupsiya maxinasiyaları sayəsində nüfuzunu xeyli genişləndirdiyi xatıladılır.

İddialara görə KMTQ rəisi korrupsiya və dövlət əmlakını mənimsəmə maddəsi ilə həbs olunan Rabitə və Yüksək Texnologiyalar nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovla çox yaxın münasibətlərə malik olub. Məhz bu yaxın, isti münasibətlərin sayəsində Ağamirzə Ağamirzəyevin idarəsinə hər il nazirlikdən milyonlarla manat vəsiatlər köçürülüb. Həmin vəsaitlərin böyük hissəsi isə rayonlardakı kabellərin dəyişdirilməsi, yenilənməsi, təmiri, tikintisi və sair işlər adı altındna silinərək mənimsənilib.

Bu məsələ ilə bağlı ilə saytımıza məlumat verən mənbənin məlumatına görə tək politen örtüklü zirehli F/o-4 0,64 qəpik, F/o-8 0,70 qəpik, F/o-12 0,77 qəpik, F/o-20 0,89 qəpik, F/o-24 0,95 qəpik, F/o-36 1,22 qəpik, F/o-48 1,37 qəpik, F/o-72 1,76 qəpik, F/o-96 2,31 qəpik olduğu halda həmin kabellərin hər metrəsi “Aztelekom” İB-yə Ağamirzə Ağamirzəyev tərəfindən 5-6 manat civarında alınıb. Digər cüt politilen örtüklü zirehli və tək politilen örtüklü asqı telli (troslu) zirehli kabellərin 1-2 manat civarında olmasına baxmayaraq sözü gedən birlik həmin kabelləri də 7-8 manat arasında sənədləşdirilib. Kabel Magistralları Texniki Qovşağının indiyə kimi bölgələrdə gördüyü fiber-optik kabel işlərini, həmin kabellərin qiymətinin yüksək səviyyədə şişirdilməsini hesablasaq, o zaman ortaya fantastik bir korrupsiya rəqəmi çıxmış olacaq.

Şişirdilmiş bu maxinasiyalarda isə dövlətin milyon manatlarla vəsaitinin mənimsənildiyi qeyd olunur. Ağamirzə Ağamirzəyevin əsas şəriklərinin isə Məhəmməd Məmmədov və Vidadi Zeynalov olduğu bildirilir. Ancaq Vidadi Zeynalovla, Məhəmməd Məmmədov həbs olunsa da Ağamirzə Ağamirzəyev öz vəzifəsində qalmaqda davam edir. Əvvələr həbs qorxusu yaşayan Ağamirzə Ağamirzəyevin indi çox rahatlandığı qeyd olunur. Elə bu üzdəndə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki mənbəmizin iddiasına görə Əli Abbasovun vəzifədən alınmasından və Vidadi Zeynalovun, həmçinin Məhəmməd Məhəmmədovun həbsindən sonra Maliyyə nazirliyinin RYTN-də apardığı yoxlamalarda Kabel Magistralları Texniki Qovşağının həyata keçirdiyi layihələrdə külli miqdarda dövlət əmlakının mənimsənilməsi ortaya çıxıb. Amma yoxlamanın sona çatmadığı və buna görədə Ağamirzə Ağamirzəyevin tez-tələsik hərəkətə keçdiyi və “Aztelekom” İB-yə baş direktor təyinatı almaqla yoxlamaların nəticələrinə əngəl olmaq istədiyi qeyd olunur. Bunun üçünsə Ağamirzə Ağamirzəyevin yeni təyin olunan nazir Ramin Quluzadəni müxtəlif yollarla və vasitlərlə razı salmağa çalşıdığı deyilir. Ağamirzə Ağamirzəyevin özünü sığortalamaq və “Aztelekom” İB-yə baş direktor təyinatı almaq üçün “Şəki” qruplaşmasından kömək istədiyi də bizə daxil olan xəbərlərdə yer alır.

Daha əvvəl mətbuatda gedən məlumatlarda Ağamirzə Ağamirzəyevin digər bir ortağının və yaxın dostunun hazırda həbsdə olan BTRİB-nin keçmiş rəhbəri Beytulla Hüseynov olduğu qeyd olunub.

Bildirək ki, Kabel Magistralları Texniki Qovşağı idarəsinin rəisi ilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə oxucularımıza Ağamirzə Ağamirzəyevin hansı bizneslə məşğul olması və dövlətdən oğurladığı milyonlar hesabına əldə etdiyi mal-mülkü barədə ətraflı məlumatlar verəcəyik. Bizi izləməkdə davam edin.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

pia.az

www.yenicag.az

980
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv