!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rabitəbank” işçi axtarır – VAKANSİYA

!Reklam – Yazi

“Rabitəbank” Daxili Audit Departamentinin Müştəri Xidməti Strukturlarının Auditi şöbəsinin rəisi vəzifəsinə işçi axtarır.

Yeniçağ.Az-ın məlumatına görə, ali iqtisadi təhsilli, bankda və ya maliyyə sektorunda ən azı 5 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi mart ayının 24-dür.

Namizədə olan tələblər:

– Ali iqtisadi təhsil (Magistr dərəcəsi arzuolunandır);
– Bankda ən azı 5 il iş təcrübəsi (audit, risk və daxili nəzarət sahəsində ən azı 2 il olmaqla);
– MBNP və Mərkəzi Bankın normativ xarakterli təlimatlarını bilmək;
– Daxili Audit, Korporativ idarəetmə və Riskləri idarəetmə standartlarını bilmək;
– Banklar haqqında qanunu, habelə bank fəaliyyəti ilə əlaqəli olan qanunvericiliyinin müddəalarını bilmək;
– Yerli və beynəlxalq mühasibatlıq standartları, maliyyə hesabatları bilmək;
– Office proqramlarında, xüsusən Excell proqramında yüksək səviyyədə işləmə bacarığı;
– Rəhbərlik və idarəetmə bacarığı;
– Strateji düşünmə və davranma qabiliyyəti;
– Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti
– Komandada işləmək bacarığı;
– Yüksək kommunikasiya qabiliyyəti;
– Mühasibatlıq, maliyyə və bank sahəsinə aid olan digər sertifikatlarının, habelə xarici dil biliklərinin olmasına üstünlük verilir

Əsas vəzifələri:

– Müştəri xidməti strukturlarının auditini aparılmasını təmin etmək;
– Auditlər zamanı aşkar edilmiş problemləri araşdırmaq, bununla əlaqədar olaraq rəy və təklifləri bildirmək;
– Bank fəaliyyətinin tənzimlənməsi üzrə normativ aktlarının, bankdaxili prosedurların, qaydaların və təlimatların    bankın işçiləri tərəfindən riayət olunmasının auditini aparmaq;
– Bankın strateji planının və əməliyyat planlarının həyata keçirilməsinin auditini aparmaq;
– Məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditini aparmaq Bankın müştəri xidməti, habelə digər  strukturları üzrə əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının auditini aparmaq;
– Bütün növ bank əməliyyatlarının və bank biznesində mövcud olan bütün risklərin auditini aparmaq və s.
– Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına  göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:
E – mail : [email protected]
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

 

Yeniçağ.Az

www.yenicag.az

888
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv