“Rabitəbank”ın rəhbərliyinə təyinat olub

Rabitəbank” ASC-nin rəhbərliyinə təyinat baş tutub. “APA-Economics” xəbər verir ki, Rafael Qasımov bankın İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Qasımov 1980-1984-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda bakalavr təhsili alıb.

O, bank karyerasına 1992-ci il tarixindən “Bank Respublika”nın Kredit şöbəsinin iqtisadçısı olaraq başlayıb, 1993-1995-ci illərdə isə baş mühasib kimi çalışıb. 1995-ci ilin avqustundan 2017-ci ilin fevral ayının sonunadək isə İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb və həmin dövr ərzində kredit və problemli kredit sahələrinə rəhbərlik edib.

Yeniçağ.az