“Rabitəbank”ın rəhbərliyinin bu siyasəti bilərəkdən apardığı iddia olunur…
Uzun müddətdir ki, “Rabitəbank”ın külli miqdarda təminatsız, girovsuz və zaminsiz kreditlər verdiyi, bundan dolayı müəssisənin problemli kreditlərinin artdığı iddia olunur.
Xatırladaq ki, bu barədə Poliqon.info-ya etibarlı qaynaqlardan daxil olan məlumat əsasında hazırlanmış yazı dərc etmişdi. Mövzu ilə bağlı bankın e-mail ünvanına sorğu göndərsək də, təəssüf ki, cavab ala bilməmişdik. İndi isə redaksiyamıza daha ilginc məlumat daxil olub…
Məlumatda bildirilir ki, “Rabitəbank”ın rəhbərliyi bu siyasəti bilərəkdən aparır. Mənbənin iddiasına görə bir tərəfdən mediada uğursuz PR apararaq inkişafda olan bank imici yaradır (ki, buna nail ola bilməyib), digər tərəfdən özünün müflis olunması üçün məqsədyönlü siyasət həyata keçirir.
Xatırladaq ki, bilərəkdən və yaxud saxta müflisləşmə presdentlərinə Azərbaycanda və dünyada dəfələrlə rast gəlinib. Dünya maliyyə tarixində, xüsusilə bankçılıq təcrübələrində buna dair sonsuz nümunələr var. Belə ki, bilərəkdən müflisləşmə zamanı müəssisə rəhbəri şəxsi məqsədlərini, yaxud kiminsə maraqlarını güdərək müəssisənin ödəmə qabiliyyətini qabaqcadan, bilərəkdən yox edir, yaxud məhv edir.
İndi isə saxta müflisləşmənin nə olduğuna diqqət yetirək: Saxta müflisləşmə nədir? Saxta müflisləşmə – kreditorlardan borcların ödənilməsi üçün əlavə vaxt alınması və yaxud borcların bir qisminin bağışlanması məqsədilə müəssisənin müflisləşməsi barədə qabaqcadan yalan, uydurma qaydada elan olunması, yaxud buna əsas yaradaq özünün müflis elan edilməsinə nail olmaqdır.
Qaynağımız bildirir ki, iqtisadçı-ekspertlərin müşahidələrinə görə, sözügedən bank da bu istiqamətdə “uğurla irəliləyir”.
Deyəsən, bu gedişlər Rabitəbank da özünü “Muğanbank”ın gününə salmaq istəyir. Görəsən, niyə?
Qeyd edək ki, bu iddialarla bağlı ötən həftə “Rabitəbank”a sorğu yollasaq da, qarşıtərəf sorğuya cavab verməyib. Bütün halalrda iddialarla bağlı “Rabitəbank”ın mövqeyini dərc etməyə hazırıq…/Poliqon.info