Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Radikal müxalifətdən Azərbaycan əleyhinə daha bir addım

Reklam: High Technic

Özlərini haqq-ədalət tərəfdarı və xalqın daimi dəstəkçisi kimi qələmə verən bəzi radikal qüvvələr Azərbaycana qarşı ciddi fəaliyyətə keçib.

Vaxtaşırı xaricdəki dayaqlarına səslənən bu qrup öz məqsədlərinə nail olacaqlarını düşünürlər. Hətta bunun üçün ən son variantlara belə əl atmaqdan çəkinmirlər.

Belə ki, onlardan bəziləri Azərbaycana qarşı sanksiya tətbiq olunması tələbi ilə öz xislətlərini aşkara çıxarırlar. Daha da acınacaqlısı isə onlar bu addımı xalqı düşündükləri üçün atdıqlarını iddia etməkdən də utanmırlar.

Beləliklə, radikal müxalifət özü öz yaratdığı ziddiyyətli siyasi mühitin içində boğulur. Sanksiyalar yalnız dövlətə deyil, həm də xalqa qarşıdır. Xalqını, dövlətini sevən isə heç vaxt dövlətçiliyin sarsılması üçün çalışmaz. Onların öz niyyətlərini cılız ifadələrlə gizlətməsi isə əbəsdir.

Çünki elə özləri özlərini ifşa edir. Xalq isə baş verənlərin fərqindədir və bu cür yalanlara inanmamağı yaxşı bilir. Azərbaycan xalqı birinci dəfə deyil ki, belə hallarla üzləşir.

Bu qüvvələr iqtidarla dövlətin fərqinə vara bilmirlər. Əslində onların davası hökümətlə deyil, onların davası Azərbaycan xalqı və Azərbaycan dövləti ilədir. Buna görə də, onlara “erməni dəyirmanına su tökənlər” dedikdə heç də mübaliğə edilmir.ş

www.yenicag.az

672
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100