Radio yayımçısı lisenziyasının alınması üzrə müsabiqələrə sənəd qəbulu başa çatdı

Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün elan edilmiş müsabiqələrə sənəd qəbulu başa çatıb.

Audiovizual Şuradan Yenicag.az-a verilən məlumata görə, şura “Media haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci, 50.1.3-cü, 51-ci və 52-ci maddələrini rəhbər tutaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün 13 iyul 2022-ci il tarixdən elan etdiyi 3 müsabiqə üzrə sənəd qəbulu başa çatmışdır:

1-ci müsabiqə üzrə müsabiqəyə sənəd təqdim etmiş ərizəçilər:

(yayım üçün radiotezliklər: Bakı Teleqüllə Kompleksi – 90.7 MHs, İsmayıllı rayonu “İvanovka” RTYS – 104.5 MHs, Lənkəran rayonu “Lənkəran” RTYS – 89.6 MHs, Şuşa rayonu “Şuşa” RTYS – 98.0 MHs, Zaqatala rayonu “Danaçı” RTYS – 90.9 MHs)

“Baku FM” MMC (radio kanalın adı: “Baku Hit FM”)
“Retro FM” MMC (radio kanalın adı: “Baku Retro FM”)
“NHR” MMC (radio kanalın adı: “Yurd FM”)

2-ci müsabiqə üzrə müsabiqəyə sənəd təqdim etmiş ərizəçilər:

(yayım üçün radiotezliklər: Bakı Teleqüllə Kompleksi – 93.0 MHs, İsmayıllı rayonu “İvanovka” RTYS – 98.8 MHs, Lerik rayonu “Lerik” RTYS – 107.5 MHs, Şuşa rayonu “Şuşa” RTYS – 96.1 MHs, Ağstafa rayonu “Poylu” RTYS – 88.4 MHs)

“NHR” MMC (radio kanalın adı: “Yurd FM”)
“Retro FM” MMC (radio kanalın adı: “Baku Retro FM”)
“Baku FM” MMC (radio kanalın adı: “Baku Hit FM”)

3-cü müsabiqə üzrə müsabiqəyə sənəd təqdim etmiş ərizəçilər:

(yayım üçün radiotezliklər: Bakı Teleqüllə Kompleksi – 93.3 MHs, Ağsu rayonu “Gülüstan” RTYS – 102.1 MHs, Lerik rayonu “Lerik” RTYS – 91.3 MHs, Şuşa rayonu “Şuşa” RTYS – 97.1 MHs, Quba rayonu “Dağlı” RTYS – 93.3 MHs)

“Retro FM” MMC (radio kanalın adı: “Baku Retro FM”)
“Beat Media” MMC (radio kanalın adı: “Radio Baku”)
“Retro FM” MMC (radio kanalın adı: “Baku Retro FM”)
“Balans Studiyası” MMC (radio kanalın adı: “Balans Studiyası Radio”)
“NHR” MMC (radio kanalın adı: “Yurd FM”)
“İNS ÇM” MMC (radio kanalın adı: “İNS ÇM”)
“İsti Press” MMC (radio kanalın adı: “İsti Press Radio”)

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə (müsabiqələrə) buraxılmaları və ya müsabiqəyə (müsabiqələrə) buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcəkdir.