Azərbaycan karateçisi Rafael Ağayev “Minsk 2019” II Avropa Oyunlarında gümüş medal qazanıb.
Yenicag.az xəbər verir ki, 75 kq çəki dərəcəsində yer alan 34 yaşlı idmançı finalda Stanislav Horunaya uduzub – 0:4.
Beləliklə, Azərbaycan idmançıları II Avropa Oyunlarını 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.