Dubayda Karate 1 Premyer Liqa turnirində Azərbaycanı təmsil edən Rafael Ağayev final görüşünə çıxıb.
Yenicag.az xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda italiyalı Luici Busa ilə qarşılaşıb. Görüşü 3:2 hesabı ilə qalib başa vuran R.Ağayev turnirin qalibi olub.
Qeyd edək ki, bundan əvvəl digər karateçimiz İrina (68 kq) bürünc medal əldə edib.