!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rafael Ağayevdən gümüş medal

!Reklam – Yazi

Fransada keçirilən “Paris Open” Karate1 Premyer Liqa turnirinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev yarışın son günündə final döyüşünü keçirib.

75 kq çəki dərəcəsində çıxış edən idmançımız Pyer De Kuberten stadionunun salonunda təşkil olunan turnirin həlledici qarşılaşmasında yaponiyalı Ken Nişimura ilə üz-üzə gəlib. Duelin taleyini 1 xal həll edib. Minimal hesabla uduzan Ağayev gümüş medala yiyələnib.

Xatırladaq ki, Ağayev yarışın ilk günündə Qulam-Abbas Saadini (Pakistan) 7:2, Enes Qaribovici (Xorvatiya) 2:0, Yusey Sakiyamanı (Yaponiya) 1:1 hesablı heç-heçədən sonra hakimlərin qərarı ilə 5:0, Ali Asker Asiabarini (İran) 2:1 hesabı ilə məğlub edib.

www.yenicag.az

7226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv