“Leksikonunda şərəf, ləyaqət sözü olmayanlar məni tənqid etdi”.
Bu sözləri sabiq deputat Rafael Cəbrayılov Yenicag.az-ın redaksiyasında keçirdiyi mətbuat konfransında bildirib:
“İstefanın siyasi mədəniyyət olduğundan bixəbər insanlar məni tənqid etməyə başladılar.
Mən sadəcə, Azərbaycan ictimaiyyətindən üzr istəyərək, istefa vermək qərarına gəldim. Mən əqidəsini tez-tez dəyişən insanlardan deyiləm”.
Gülşən Şərif