Rafael Dadaşovun səhhəti ilə bağlı SON DURUM

Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Ayxan Dadaşov məlumat verib.

Ayxan Dadaşov Xalq artistinin sağlıq durumunun yaxşı olduğunu bildirib. R.Dadaşovun müalicəsi ev şəraitində davam etdiriləcək.

Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib./APA/