Bağışlayın dostlar, sizi sevindirə və qalib gələ bilmədim.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın Qarışıq döyüş sənəti (MMA) üzrə döyüşçüsü Rafael Fiziyev sosial şəbəkə hesabında yazıb.
O, paylaşımında Las-Veqasda “UFC-313” turnirindəki revanş görüşündə amerikalı Castin Qeyciyə yenidən uduzmasını şərh edib.
Fiziyev hakimlərin yekdil qərarı ilə rəqibinin qalib gəldiyi döyüşün nəticəsindən məyus olduğunu bildirib: “Castini təbrik edirəm. Oktoqonı yenidən onunla bölüşmək möhtəşəm idi”.
Xatırladaq ki, Fiziyev 2023-cü ildə Londonda amerikalı ilə döyüşüb və həmin görüşdə də məğlub olub.