Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Rafiq Hüseynovdan ÜRƏKPARÇALAYAN YALVARIŞ: “MƏNİ ÖLMƏYƏ QOYMAYIN”

Vəziyyəti pisləşdiyi deyilən xalq artisti xəstəxanaya yerləşdirilib.

Ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən xalq artisti, məşhur diktor Rafiq Hüseynlinin səhhəti yaxşılaşıb:

“Ayaqlarım tutulmuşdu, demək olar ki, yeriyə bilmirdim. Nəfəsalmamda ciddi problemlər yaranmışdı. Başgicəllənmələr, halsızlıq yolumu xəstəxanadan saldı. Burda da həkimlərin hamısı dostlarımdır. Sağ olsunlar, ilk müayinə və müalicə öz effektini verdi. Əslində, səhhətimdə baş verənlər onkoloji xəstəliyimlə əlaqəli deyil. Çünki Türkiyədə yenicə müayinə olunmuşam, xəstəlikdə irəliləmə yoxdur. Hazırkı durumum şəkər və ayaqlarımın problemləri ilə əlaqədardır. Artıq sizinlə normal danışıramsa, demək ki, səhhətim düzəlir”.

Məşhur diktor sevənlərinə də səslənib:

“Bilirəm ki, məni sevən insanlar həddən artıq çoxdur. Hamısı mənə görə narahatdır. Dualar edir. İnanın ki, insanların duaları məni sağaldır. Mən bundan sonra sizlərin duası ilə daha çox yaşayacam. Dua edin ki, ölməyim”.

Qeyd edək ki, məşhur diktor ağciyər xərçənginə qarşı mübarizə aparır.

R. Hüseynovun xəstəxanaya yerləşdirildiyi xəbərini Lent.az saytı yayıb.

Cəvahir Səlimqızı
Yeniçağ.az

 

www.yenicag.az

505
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100