“RAHAT” supermarketlər şəbəkəsi “Johnson&Johnson” məhsullarını satışdan çıxardı

“RAHAT” supermarketlər şəbəkəsi bütün “Johnson & Johnson” şirkətinin məhsullarını satışdan yığışdırıb.

Yenicag.az xəbər verir ki, Oxu.az-ın “RAHAT” supermarketlər şəbəkəsindən əldə etdiyi məlumata görə, bu addım “Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb.

Mərkəzi ABŞ-da yerləşən şirkət rəsmən Azərbaycanın ərazi bütövlütünü dəstəkləyən bəyanatla çıxış etməyənədək “Johnson & Johnson” məhsulları “RAHAT” supermarketlər şəbəkəsindən satılmayacaq.

Qeyd edək ki, “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.