“RAHAT”dan sosial videoçarx: “Biz birlikdə güclüyük!” – VİDEO

“RAHAT” supermarketlər şəbəkəsi koronavirus pandemiyası fonunda xalqımızı birliyə səsləyən sosial videoçarx hazırlayıb.

Videoçarxda birliyin, bərabərliyin önəmi, bizim üçün “arxa cəbhədə” hər cür təhlükə ilə üz-üzə dayanan adsız qəhrəmanların əməyi vurğulanır.

Əczaçı, satıcı, həkim kimi cəmiyyətin müxtəlif sferalarından olan insanların əməyinin yüksək dəyərlədirildiyi videoçarxda “Biz birlikdə güclüyük!” mesajı verilir.