Müğənni Rahidə Baxışova qəzəblənib.
Yenicag.az xəbər verir ki, müğənniyə sosial şəbəkədə qarğış ediblər. Bundan əsəbiləşən Rahidə də susmayıb:
“Bir nəfər mənə yazdı ki, Allah səni öldürsün. Çox pis oldum, adama durduğu yerdə belə qarğış etmək olar? Özü də Ramazan bayramında. Mən də yazdım ki, səni Allaha tapşırıram”.
Müğənni sosial şəbəkələrdə onu təhqir edən insanları qara siyahıya daxil etdiyini də bildirib.
O, bu sözləri Xəzər TV-nin 5/5 verilişində söyləyib.
Nehru