Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadənin səhhəti normallaşır.
Bir neçə gün əvvəl insult keçirən Rais Rəsulzadə Yenicag.az-a açıqlamasında səhhətinin artıq sabitləşdiyini deyib.
Əməkdar rəssam özünü yaxşı hiss etdiyini vurğulayaraq, müalicə kursunun hələ başa çatmadığını bildirib. O, xəstəxanadan evə nə zaman buraxılacağına həkimlərin qərar verəcəyini söyləyib.
Rais Rəsulzadə onun vəziyyəti ilə maraqlanan, tezliklə sağalması üçün dua edən hər kəsə minnətdarlığını çatdırıb.
A.Zeynalov