Raket və artilleriya bölmələrindən taktiki təlimlər – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, müxtəlif təlim mərkəzlərində Raket və Artilleriya Qoşunlarının taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bölmələrin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə döyüş atışları icra olunub.

Şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.