!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Raketdaşıyıcı kosmosa buraxıldı

!Reklam – Yazi

ABŞ-ın Florida ştatında Kanaveral burnundakı kosmodromdan 24 tədqiqat peyki daşıyan Falcon Heavy raketdaşıyıcısı kosmosa buraxılıb.

Yenicag.az xəbər verir ki, raketdaşıyıcının fəzaya buraxılması canlı yayımda təqdim olunub.

Falcon Heavy raketdaşıyıcısı Pentaqon üçün STP-2 adlı missiyanı həyata keçirəcək. Peyklər isə ABŞ Silahlı Qüvvələri ilə yanaşı, NASA, özəl şirkətlər, xarici sifarişçilər və universitetlərə məxsusdur. Raketdaşıyıcı bu aparatları üç ayrı-ayrı orbitlərə çatdıracaq və onun bütün missiyası cəmi 6 saat davam edəcək.

Bu mürəkkəb missiya dəfələrlə təxirə salınıb. 2016-cı ildən başlayaraq raketdaşıyıcının kosmosa buraxılması açıqlanmayan səbəblər ucbatından ertələnib.

NASA-nın məlumatına görə, start zamanı raketdaşıyıcının birinci pilləsi üzən platformaya eniş etdiyi vaxt Atlantik okeanına düşüb. Qalan iki yan sürətləndirici pillə isə platformaya uğurla endirilib. Falcon Heavy indiyədək buraxılan raketdaşıyıcılarından ən güclüsüdür. Ən maraqlısı isə bu raketin göyərtəsində atom saatlarının və 152 insanın, o cümlədən astronavt Uilyam Pouq və yazıçı Frenk Sitsenin kremasiyadan sonra küllərinin olmasıdır.

www.yenicag.az

1076
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv