Raketin sınağı baş tutub

f78f01b48980e875656a576378d728ecRusiya yeni istehsal edilmiş “Bulava” qitələrarası raketini sınaqdan keçirib. 10 ədəd nüvə başlığını daşıya bilən və 8 min kilometr uzaqlığındakı hədəfi məhv etmək qabiliyyətində olan raketin Sınağı Barens dənizində baş tutub.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd edilir ki, Barens dənizindəki strateji Aleksandr Nevski bazasından buraxılan raket Kamçatkadakı hədəfi uğurla məhv edib.

Qeyd edək ki, bu raketlərin əvvəlki sınaqları uğursuz nəticələnmişdi. “Bulava”lar əsasən dənizaltı hədəflərin məhv edilməsi üçün hazırlanıb.

(news.lent.az)