Ramazan ayı artıq çəki problemi ilə üzləşmək istəmirsinizsə…

Türk diyetoloq Esra Kula, çəki artımının baş verməməsi üçün bu ay oruc tutanlara tövsiyyələr verib.

Yenicag.az xəbər verir ki, diyetoloq iştahın tənzimlənməsi üçün darçınlı su içməyi məsləhət görüb. Onun sözlərinə görə, iftar və imsak arasında içilən suya darçın atılarsa, çox yeməyin qarşısı alınar. Həmçinin Esra Kula qeyd edib ki, un məmulatlarının həddindən artıq qəbul edilməsi ağırlıq hissi yaradır:

“İftar süfrəsində çoxlu miqdarda un və şəkər məmulatlarının olması insanda yorğunluq yaradır. Maddələr mübadiləsi yavaş getdiyinə görə, orqanizm həddindən artıq qəbul edilən qidanın hamısını enerjiyə çevirə bilmir, beləliklə orqanizmdə yağlılıq yaranır. İftardan sonra bir saat hərəkətdə olmaq çox vacibdir. Hərəkətin növünü hər bir kəs özü seçə bilər. Qətiyyən oturmaq və uzanmaq olmaz. Həmçinin hərəkətdə olmaq şəkərə olan tələbatınızın da qarşısını alacaq.”

Yenicag.az

COP29