!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramazan ayı başlayır

!Reklam – Yazi

ramazan12346Bu il Ramazan ayı bəzi ölkələrdə Miladi təqvimi ilə iyunun 6-da, bəzilərində isə, o cümlədən də Azərbaycanda iyunun 7-də başlayır.

Ramazanın ölkəmizə məhz iyunun 7-də qədəm qoymasına dair Qafqaz Müsəlmanları İdarəsinin müvafiq fətvası verilib.

QMİ Qazılar Şurasının fətvasına əsasən, iyunun 6-sı niyyət axşamıdır. Niyyət axşamı oruc tutan şəxsin edəcəyi əməli özü üçün müəyyənləşdirməsi deməkdir. Niyyət edən müsəlmanlar bir ay boyunca oruc tutacaqlarını, 11 ayın sultanı Ramazanı ibadətlə geçirəcəklərini Allah qarşısında dilə gətirirlər.

İyunun 24-ü yəni, Ramazan ayının 18-ci günü ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr (əhya) gecəsi 26-sı iyuna (Ramazan ayının 20-ci gününə), üçüncü Qədr (əhya) gecəsi 28 iyuna (Ramazan ayının 22-ci gününə), sonuncu Qədr (əhya) gecəsi isə iyul ayının 2-nə, (Ramazan ayının 26-cı gününə) təsadüf edir.
Bayram namazı isə iyulun 6-da (1 şəvval) qılınacaq.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Qafqaz Müsəlmanları İdarəsi bölgə qazıları, səlahiyyətli nümayəndələr, imam və axundlardan, dindarlardan, digər mənbələrdən daxil olmuş, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadə etməməyi tələb edib.

www.yenicag.az

653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv