Ramazan ayının ikinci gününün duası

Sabah Ramazan ayının ikinci günüdür.

Yenicag.az-ın məlumatına görə, QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:39-da, iftar isə saat 20:08-dədir.

Ramazan ayının 2-ci gününün duası:

“Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin”.

Tərcüməsi:

“İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!”

Allah orucunuzu qəbul etsin!