Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri açıqlandı

Ramazan bayramı günlərində 5 gün iş olmayacaq.

Bu il Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü üst-üstə düşür. Bununla bağlı olaraq qeyri-iş günlərinin sayı artacaq.

Nazirlər Kabinetinin istehsalat təqviminə əsasən verdiyi məlumata görə, 26, 27 iyun Ramazan bayramı münasibəti ilə qeyri-iş günüdür. Ayın 26-da həm də Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd ediləcək. 26 iyun tarixində iki bayramın üst-üstə düşdüyü üçün 28 iyun da bayram günü olacaq.

24, 25 iyun tarixləri isə şənbə-bazar olduğundan 5 gün ard-arda qeyri-iş günü olacaq. 29 iyun isə iş günüdür.

Yenicag.az