Ramazanda ağız qoxusunun qarşısını almaq üçün bunları edin

Ramazan ayında oruc tutanlar tez-tez ağız qoxusundan şikayətlənirlər.

Yenicag.az xəbər verir ki, bu problemdən xilas olmaq elə də çətin deyil. İftardan sonra qəbul edəcəyiniz bu qidalar gün ərzində sizi ağız qoxusundan xilas edəcək.

  1. Çiyələk – Bu meyvə dişləriniz üçün təbii təmizliyicidir.
  2. Cəfəri – Sadəcə Ramazanda deyil, digər vaxtlarda da ağız qoxusundan şikayətlənirsinizsə, cəfəri sizin üçün əvəzedilməz olacaq.
  3. Kivi – C vitamini ilə zəngin olan kivi dişin üst təbəqəsini təmizləyir və fərah nəfəs verir.
  4. Xiyar – Çox az kaloriyə malik olan bu qida həm də susuzluqla mübarizədə sizə kömək olacaq.
  5. Yer fıstığı – Bu quru meyvə isə həm nəfəsinizi təmiz saxlayacaq, həm də çürüklərin yaranmasının qarşısını alacaq.
  6. Pendir – Tərkibində kazein maddəsi də qoxuya qarşı əla vasitədir.
COP29