Ramazan ayı gəlməsi ilə süfrələr daha bol və diqqətlə hazırlanmağa başlayır. Şorbalar, əsas yeməklər və desert arıqlamağa kömək edə bilər. Gün ərzində yemək vaxtının dəyişdirilməsi ilə birlikdə yemək vərdişlərindəki qəfil dəyişikliklər Ramazan ayında çəki problemlərinə səbəb ola bilər. Menyu balanslı və düzgün planlaşdırılmış sahur və iftar yeməkləri çəki idarə etməyə kömək edir.
Yenicag.az Ramazanda çəki almamağın və sağlam qalmağın sadə yollarını təqdim edir:
Qida rasyonunuzda su və meyvə-tərəvəzləri artırın.
Ramazan ayında oruc tutan şəxslər sağlam, adekvat və balanslı qidalanmaya xüsusilə diqqət yetirməlidirlər. Ümumiyyətlə, gündə 3-4 dəfə istehlak edilən qidalar bu dövrdə tamamilə dəyişdiyindən 2 dəfəyə enir. Bu 2 yeməkdə desertlər, xəmir məmulatları və delikates məhsulları kimi yüksək karbohidrat və yağ tərkibli qidaların istehlakının artırılması,su, tərəvəz və meyvələrin azaldılması ilə birləşdikdə çəki problemləri qaçılmaz ola bilir.
Lifli qidalara üstünlük verin.
Ramazanda kökəlməmək üçün yemək seçərkən çox yağlı, duzlu və həddindən artıq şirin qidalardan uzaq durmaq lazımdır. Əvəzində asan həzm olunan, mədə-bağırsaq traktında uzun müddət qalan tərəvəz, meyvə və tərkibində lif və sellüloza olan tam buğda çörəyinə üstünlük verilməlidir.
Menyunuzda şorba olsun.
İftar nə çox isti, nə də çox soyuq olmayan yüngül şorba ilə başlamalıdır. Bağırsaq problemi olan insanlar şorbalarına yulaf və ya çia, kətan toxumu kimi yağlı toxumlar əlavə edə bilərlər.
Kifayət qədər protein istehlakı gün içində tox qalmanıza kömək edir.
Tərkibində yüksək protein olan qidalar mədənin boşalma müddətini uzatmaqla aclığı gecikdirir. Bu mənada ən yaxşı və keyfiyyətli protein mənbəyi yumurtadır. Süd, qatıq və pendir kimi qidalar dözümsüzlük olmadığı və ya qaz problemi yaratmayacağı təqdirdə istehlak edilə bilər.Sahurda çox duzlu qidalar qəbul edilməməlidir.
Sahurdan ən az 40 dəqiqə sonra yatılmalıdır.
Ramazanda kökəlməmək üçün sahura qalxıb sahurdan sonra ən azı 40 dəqiqə ərzində yatmaq, yeməkdən əvvəl bol su içmək, yüngül yeməklər seçmək lazımdır. Sahur üçün ağır qidalardan uzaq durmaq, yüngül, səhər yeməyi yeməkləri seçmək faydalıdır. Mümkün qədər yüngül və doyurucu qidalar istehlak edilməlidir.
Bitki çayı həzm üçün yaxşı yol ola bilər.
İftardan sonra həzmi asanlaşdırmaq üçün bitki çaylarından istifadə edilə bilər. 20 qram çobanyastığı və biyan kökü, 10 qram şüyüd əlavə edilərək hazırlanan çayı iftardan sonra içmək həzmi asanlaşdırır.
İftardan 1 saat sonra yüngül məşq.
Əvvəlcə oruc tutarkən ediləcək məşqi nəzərə alaraq porsiyalarınızı yarıya qədər azaltmağa diqqət etməlisiniz. Həzm və maddələr mübadiləsini təmin etmək üçün iftardan 1,5 saat sonra idmana başlamalısınız. Çünki iftardan sonra qan şəkərinin artması kökəlmənizə səbəb olacaq./unikal