Ramazan ayının 14-cü günüdür.
Yenicag.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 8-də Bakıda imsak saat 03:49, iftar isə saat 19:58-dadır.
Ramazan ayının 14-cü gününün duası:
“Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin”.
Tərcüməsi:
“İlahi, bu ayda səhvlərimi mənə irad tutma, məni səhvlərdən və büdrəmələrdən qoru, bəla və dərdlərə düçar etmə, and verirəm izzətinə, ey müsəlmanların İzzəti və Şərəfi olan Allah!”
Allah orucunuzu qəbul etsin!