Ramazanın 23-cü günü: dua, imsak və iftar vaxtı

Sabah Ramazan ayının 23-cü günüdür.

Yenicag.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:20-də, iftar isə saat 20:25-dədir.

Ramazan ayının 23-cü gününün duası:

“Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin”.

Tərcüməsi:

“İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyiblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!”

Allah orucunuzu qəbul etsin!

COP29