Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Ramazanın 26-cı gününün duası: imsak və iftar vaxtı

Sabah Ramazan ayının 26-cı günüdür.

Yenicag.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda mayın 31-də imsak saat 03:25-də, iftar isə saat 20:20-dədir.

Ramazan ayının 26-cı gününün duası:

“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.

Tərcüməsi:

“İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul etsin!

www.yenicag.az

844
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM