Ramil Həsənova ağır itki

ramilTürkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovun nənəsi Faizə xanım dünyasını dəyişib. Bu barədə Baş Katib özü şərh paylaşıb. Şərhi olduğu kimi təqdim edirik:

“Mənim nənəm, dünyada ən çox sevdiyim bir insan, ilk müəlliməm – Faizə nənəm bugün fani dünyanı tərk edərək haqqın rəhmətinə qovuşdu. Allah rəhmət eləsin, məkanı nurla dolsun!”

Yenicag.az olaraq Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənova başsağlığı verir, Faizə nənəyə Allahdan rəhmət diləyirik!

 

Yenicag.az