Ramil Quliyev Avropa çempionu oldu – VİDEO

Almaniyanın paytaxtı Berlində atletika üzrə Avropa çempionatı keçirilir.

Yenicag.az xəbər verir ki, Türkiyə yığmasının azərbaycanlı üzvü Ramil Quliyev qitə birinciliyində böyük uğura imza atıb.

Azərbaycanlı idmançı 200 metr məsafəni 19,76 saniyəyə qət edib.

Bu, həm də AÇ-də yeni rekord kimi yadda qalıb.