Azərbaycanlı atlet Ramil Quliyev Beynəlxalq Atletika Federasiyaları Birliyinin təşkilatçılığı ilə Fransada keçirilən “Almas Liqa”da uğur qazanıb.
Yenicag.az xəbər verir ki, beynəlxalq yarışlarda Türkiyəni təmsil edən Ramil, Parisdə keçirilən yarışın 12-ci mərhələsində 200 metr məsafəyə qaçışda 2-ci yeri tutub. Quliyev bu nəticəyə 20.01 dərəcə ilə nail olub.
Bu məsafəyə qaçışda birinciliyi isə ABŞ təmsilçisi Noah Lisey qazanıb./goal.az/