!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ramil Quliyev: “Mən o şəxslərə görə Azərbaycanı tərk etdim”

!Reklam – Yazi

Türkiyə adına yarışan və Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanan Ramil Quliyev müsahibə verib.

Yenicag.az xəbər verir ki, adını Türkiyə tarixinə yazdıran idmançı Azərbaycanla bağlı fikirlərini də açıqlayıb.
Azərbaycanla Türkiyənin qardaş olduğunu vurğulayan dünya çempionu vaxtı ilə Rusiyadan da təklif aldığını söyləyib:

“Azərbaycanlılarla türklər qardaş xalqlardır. Daha doğrusu, eyni xalqıq. Ona görə də Türkiyədə özümü rahat hiss edirəm. Dillərimiz oxşar olduğu üçün iki aydan sonra rahat türkcə danışa bilirdim. Türkiyədən əvvəl Rusiyadan təklif almışdım. Lakin proses yubandı. Türkiyə ilə bir neçə həftənin içində razılaşdıq. Rusiyada isə iki ay fikirləşdilər, amma təşəbbüs göstərmədilər”.

Bundan başqa Ramil Quliyev Azərbaycandan incikliyinin olmadığını bildirib:

“Vətənim Azərbaycandan heç vaxt incikliyim olmayıb. Ümumiyyətlə, nəyə görə olmalıdır? Mənim xeyrimi istəməyən bəzi şəxslər vardı və yalnız bu səbəbdən ölkəni tərk etdim. Onlar mənə hazırlıq keçmək üçün şərait yaratmırdılar və Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməyimdə maraqlı deyildilər”.

 

Emin Seferov
Yenicag.az

www.yenicag.az

1123
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv