Ramil Quliyev Türkiyə ordusunda xidmət edəcək: “Müharibə olarsa…” – AÇIQLAMA

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev bu gün hərbi xidmətə yollanır.

Yenicag.az xəbər verir ki, Avropa çempionu hərbi xidmətini Türkiyə ordusunda çəkəcək.

Bu barədə əməkdaşımızla söhbətində Quliyevin özü məlumat verib: “İstanbulda hərbi xidmətdə olacam. Əsgərlik müddətinin nə qədər çəkəcəyini bilmirəm. Təxminən bir ay olmalıdır. Bu, ödənişli hərbi xidmət olacaq. Məncə, əsgərlikdə çətin bir şey yoxdur. Çünki hamı hərbi xidmətə gedir. Fikrimcə, əsgərlik idmandan elə də çətin deyil. Bu o deməkdir ki, əgər müharibə olarsa, mən öz vətənimi, ailəmi qoruya bilərəm. Amma müharibənin olmasını istəmirəm. Hər birimiz sülh içində yaşamalıyıq”.

Emin Səfərov