Ramil Quliyevdən növbəti uğur

Türkiyə yığmasının şərəfini qoruyan azərbaycanlı dünya çempionu Ramil Quliyev növbəti uğura imza atıb.

Yenicag.az xəbər verir ki, o, yüngül atletika üzrə nüfuzlu “Brilyant liqa” seriyasının Oslo mərhələsində hamıdan güclü olub.

Həmyerlimiz 200 metr məsafəyə qaçışda 19,90 saniyəlik nəticə ilə birinci olub. Kanadalı Aaron Braun 19,98 saniyəlik göstərici ilə ikinci, Trinidad və Tobaqolu Jerem Riçards isə üçüncü (20,19) olub.