Ramil Şeydayev dava etdi

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasındakı matçından sonra dava düşüb.

Yenicag.az xəbər verir ki, Çinin “Çjetszyan” komandası ilə qarşılaşmanın ardından futbolçular arasında qarşıdurma olub.

Şeydayev də münaqişənin iştirakçısı olub və rəqib oyunçularla dava edib.

Qeyd edək ki, görüş Çin təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki klubun oyunçularına cəza veriləcəyi gözlənilir.