Moskva “Dinamo”su heyətində saxlamaq istəmədiyi Ramil Şeydayevi başqa klub tapması üçün məlumatlandırıb.
Yenicag.az xəbər verir ki, 23 yaşlı hücumçunun karyerasını Azərbaycanda davam etdirmək ehtimalı var. O, danışıqlar aparmaq üçün Bakıya gəlib. Ramilin xidmətində “Neftçi”nin maraqlı olduğu iddia edilir.
Qeyd edək ki, milli komandamızın da üzvü olan Ramil Şeydayevin Moskva təmsilçisi ilə müqaviləsi ilin sonuna qədərdir. (Sportal.az)