Ramil Şeydayevin yeni klubu açıqlandı

Futbol üzrə milli komandamızın futbolçusu Ramil Şeydayevin yeni klubu bəlli olub.

Yenicag.az xəbər verir ki, 23 yaşlı forvard qış transfer pəncərəsi dövründə “Dinamo”nu (Moskva) Rusiya Premyer Liqasının digər təmsilçisi olan “Krılya Sovetov”a dəyişəcək.

Ramil əsas heyətində möhkəmlənə bilmədiyi paytaxt klubunda qarşılıqlı razılığa əsasən müqaviləsini vaxtından əvvəl pozaraq sərbəst futbolçu olacaq. (offsideplus.az)