Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Ramil Usubov iclas keçirdi

51211Dekabrın 2-də Daxili İşlər Nazirliyində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə»nin və “Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi”nin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  daxil olan məlumata görə, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının etibarlı təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, göstərilən istiqamətlərdə fəaliyyətin təkmilləşdirilməsinin, qanunvericilik aktlarının, o cümlədən Dövlət Proqramlarının tələblərinə uyğun qurulmasının, əməliyyat-xidməti fəaliyyətdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqinin qarşıda duran əsas vəzifələrdən olduğunu bildirib.

Cari ilin 9 ayında respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2445, o cümlədən satışı ilə bağlı 634 fakt aşkarlanıb, 106 nəfərdən ibarət 41 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

Qanunsuz dövriyyədən 532 kiloqramdan çox narkotik vasitə, o cümlədən 90,7 kiloqram tiryək, 32,8 kiloqram həşiş, 370 kiloqrama yaxın marixuana, 14,6 kiloqram heroin, 25 kiloqram digər vasitələr götürülüb. Eyni zamanda, 44 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 212,5 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib. Həmin hüquqazidd əməllərə görə 1824 şəxs cinayət məsuliyyətinə cəlb olunub.

İtkin düşmüş şəxslərin axtarışının həyata keçirilməsi istiqamətində də müəyyən işlər görülüb. Ötən ilin 10 ayında itkin düşənlərirn 70 faizinin yeri müəyyən edilib, habelə bir nəfərin cinayətin qurbanı olması faktı üzrə cinayət işi başlanıb.

İclasa yekun vuran nazir gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında mövcud nöqsanların aradan qaldırılmasını, ilin sonunadək bu istiqamətlərdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.

(qafqazinfo.az)

www.yenicag.az

213